Çin ABŞ-a Tayvanla bağlı növbəti notanı göndərib

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin (Mao Ning) mətbuat konfransında bildirib...
Çin ABŞ-a Tayvanla bağlı növbəti notanı göndərib

Tayvanın vitse-prezidenti və prezidentliyə namizəd Lay Çinqtenin avqustda gözlənilən ABŞ-a səfəri ilə əlaqədar Çin ABŞ-a etiraz notası verib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin mətbuat konfransında bildirib: "ABŞ ilə Tayvan arasında hər hansı rəsmi görüşlərə qarşıyıq. Sözügedən səfərə görə ABŞ-a etiraz notası verildi.

“Separatçı” prezidentliyə namizədin Tayvana planlaşdırılan səfəri prosesini diqqətlə izləyirik. Ölkənin milli suverenliyi və ərazi bütövlüyünün müdafiəsi üçün qəti və güclü tədbirlər görürük.

Biz Tayvanda “müstəqillik tərəfdarları”nın hər hansı ad altında hər hansı səbəbdən hər hansı səfərini və ABŞ-ın bu separatçılarla fəaliyyətlərini qətiyyətlə rədd edirik.

Çin həm Tayvan prezidenti Çay İnqven Çay , həm də vitse-prezident Lay Çinqteni "separatçı" görərək onlarla əlaqə qurmaq istəmir”.

Qeyd edək ki, Tayvanın xarici işlər nazirinin müavini Aleksandr Tahrey Yui (Alexander Tah-ray Yui) mövzu ilə bağlı deyib: “Səfər əvvəlki illərdə Cənubi və Mərkəzi Amerikaya gedilən zaman müəyyən edilən əmsallara uyğun olaraq planlaşdırılacaq və ABŞ-ın tranzit dayanacağı olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə