"Rusiya Afrika və Asiya ölkələrini artan ərzaq qiymətləri və aclığa məruz qoyub"

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Rusiyanın indi sövdələşmədən çıxmasının xüsusilə Asiya və Afrikada ən həssas təbəqəyə zərər verdiyini bildirib
"Rusiya Afrika və Asiya ölkələrini artan ərzaq qiymətləri və aclığa məruz qoyub"

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Rusiyanın indi sövdələşmədən çıxmasının xüsusilə Asiya və Afrikada ən həssas təbəqəyə zərər verdiyini bildirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Dmitro Kuleba BMT-nin Nyu-Yorkdakı baş qərargahında jurnalistlərə açıqlama verib.

Ukrayna taxılının qlobal bazarlara daşınmasının təmin edilməsinin vacibliyinə işarə edən Kuleba həll yolu tapmaq üçün “siyasi iradə”nin lazım olduğunu və gərgin danışıqların davam edəcəyini bildirib.

"Rusiya xüsusilə Afrika və Asiyada olan ölkələri artan ərzaq qiymətləri və aclığa məruz qoyub. Buna son qoyulmalıdır. Bu vəziyyət hamı üçün başağrıdır, indi Rusiyanın gündəmə gətirdiyi başqa bir problemin həlli ilə məşğul olmalıyıq", -deyə Dmitro Kuleba qeyd edib.

Rusiyanın Krım işğalına son qoymadığı və hər kəsi "təhdid edə" biləcəyini düşünməyə davam etdiyi müddətcə oxşar problemlərin davam edəcəyini vurğulayan Kuleba "Problemi həll etmək üçün ən yaxşı variant Rusiyanı məğlub etmək və geri çəkilməsini təmin etməkdir" deyib.

Rusiyanın razılaşma ilə bağlı dəqiq ifadələrdən yayındığını qeyd edən ukraynalı nazir bəzi sənədlərdə razılaşmanın təxirə salındığını, bəzilərində isə sona çatdırıldığını qeyd etdiklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə