Aİ ölkələrinin XİN rəhbərləri Türkiyə haqqında danışacaq

Aİ ölkələrinin XİN rəhbərləri Türkiyə haqqında danışacaq

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri iyulun 20-də keçiriləcək toplantıda Türkiyə-Avropa İttifaqı münasibətlərini qiymətləndirəcəklər. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Brüsseldə keçiriləcək Aİ XİN rəhbərləri toplantısında bir çox gündəm məsələləri ilə birlikdə ötən aykı toplantıda müzakirə edilməsi planlaşdırılan, lakin bir ay təxirə salınan Türkiyə ilə münasibətlər müzakirə olunacaq.

Adının açıqlanmasını istəməyən yüksək rütbəli Aİ rəsmisi Türkiyə ilə əlaqələrin İttifaq üçün ən əhəmiyyətli əlaqələrdən biri olduğunu ifadə edərək, üzvlük prosesinin dayanmasına baxmayaraq Türkiyənin hələ də "namizəd ölkə" olduğuna diqqət çəkib. Aİ ölkələrinin liderlərinin son iclaslarında Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borreldən Türkiyə ilə bağlı hesabat hazırlamağı xahiş etdiklərini xatırladan Aİ rəsmisi bu hesabatla bağlı ilk fikir mübadiləsinin aparılacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə