Hindistanda dəhşətli anlar yaşanıb

Hindistanda dəhşətli anlar yaşanıb

Hindistanın Himaçal-Pradeş ştatında yağan güclü yağış torpaq sürüşməsinə səbəb olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, sürüşmə zamanı dağ yolunda işləyən fəhlələr fəlakətin astanasından qayıdıblar.

İşçilərin işi zamanı qopan qaya parçası traktorun üzərinə düşüb. Həmin vaxt traktorda olan işçi özünü çölə atıb. Daşın üzərinə düşməkdən son anda xilas olunan traktor sürücüsü xəstəxanaya aparılıb.

Digər tərəfdən, meteorologiya rəsmiləri bölgədə təsirli olan mussonların bir neçə gün daha davam edəcəyini açıqlayıb və bölgə əhalisini diqqətli olmaları barədə xəbərdarlıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə