Nigeriyada ilk qarayara xəstəliyi aşkar edilib

Nigeriyada ilk qarayara xəstəliyi aşkar edilib

Nigeriyada ilk qarayara xəstəliyi aşkar edilib. SİA xarici KİV-ə istinadən verir ki, bu barədə Nigeriya Kənd Təsərrüfatı və Kənd İnkişaf Nazirliyinin açıqlamasında bildirilib.

“Biz Niger əyalətində təsərrüfat mal-qarasında və keçilərdə qarayara xəstəliyinə yoluxma hallarının aşkarlanmasından dərin narahatıq”, - deyə, məlumatda bildirilir.

Bildirilib ki, qarayara xəstəliyinin aşkar edildiyi fermaya baytarlıq qrupları göndərilib. Qarayara xəstəliyi əvvəllər Qərbi Afrika ölkələri Burkina Faso, Toqo, Benin və Qanada da müşahidə edilmişdi. Nigeriyanın Kənd Təsərrüfatı və Kənd İnkişafı Nazirliyi qarayara epidemiyasının Nigeriyaya yayılma ehtimalı ilə bağlı "həyəcan siqnalı" vermişdi. Ölümcül xəstəlik olan qarayara xəstəliyinə otyeyən heyvanlarda, xüsusilə qoyun, keçi və iribuynuzlu heyvanlarda rast gəlinir. Qarayara virusu insanlara yoluxmuş heyvanlarla birbaşa təmasda olduğu kimi, təmiz olmayan və bişirilmədən istehlak edilən heyvan mənşəli məhsullardan da keçə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə