Rusiya Müdafiə Nazirliyi Ukraynanın Odessa şəhərində Rusiyaya qarşı “terror aktlarının hazırlandığı” obyektlərə yüksək dəqiqlikli raketlərlə cavab hücumu həyata keçirdiyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Odessa və Nikolayev şəhərlərindəki hədəflərə hücum etdiyi bildirilib.
“Bu gecə Rusiya ordusu dənizdən atılan yüksək dəqiqlikli raketlərlə Odessa şəhəri yaxınlığında, Rusiya Federasiyasına qarşı terror aktlarının hazırlandığı obyektlərə və onların istehsal olunduğu gəmiqayırma zavoduna cavab hücumu həyata keçirib"-deyə, bəyanatda bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB