Polşada təyyarə qəzaya uğrayıb - ölənlər var

Polşada təyyarə qəzaya uğrayıb - ölənlər var

Polşanın paytaxtı Varşava yaxınlığındakı hava limanında kiçik təyyarənin anqara çırpılması nəticəsində 5 nəfər həlak olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, səhiyyə naziri qəzada ən azı 7 nəfərin də yaralandığını bildirib.

Yanğınsöndürmə briqadasının sözçüsü hava şəraitinin qəzanın "ehtimal səbəbi" olduğunu bildirib. Varşavadan 47 kilometr uzaqlıqdakı Çrcynno kəndinə dörd helikopter və 10 təcili yardım maşınının göndərildiyi açıqlanıb. Polşa mediası qəzaya uğrayan təyyarənin modelini "Cessna 209" olaraq açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə