Rusiya taxıl şirkətləri taxıl sazişinə görə 1 mlrd dollar itki verib
Rusiya taxıl şirkətləri taxıl ixracı müqaviləsinin icrası zamanı təxminən 1 milyard dollar itirib. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Taxıl İttifaqının prezidenti Arkadi Zloçevski bildirib.
"Əgər hesablasaq, görərik ki, sövdələşmə ötən il həyata keçirildiyi üçün bu mövsüm 1 milyard dollardan çox itki vermişik. Bunlar təkcə taxıl istehsalçılarının itkiləridir. Mən hələ müəyyən təzminat alacaqları gözlənilən gübrə istehsalçılarının itkilərindən danışmıram”, - o, TASS-ın ev sahibliyi etdiyi mətbuat konfransında bildirib.
"Təbii ki, hamı endirimlərin aradan qalxacağını gözləyir. Biz 2002-ci ildə bazara daxil olandan indiyədək endirimlərdən qurtulmağa çalışırıq. Lakin o vaxt endirim daha kiçik, təxminən 10 dollar idi", - birlik sədri əlavə edib.
Qeyd edək ki, taxıl müqaviləsi dünən - iyulun 17-də başa çatıb. Rusiya müqavilənin Rusiya kənd təsərrüfatı məhsullarının ixracına maneələrin aradan qaldırılmasını nəzərdə tutan hissəsi yerinə yetirilmədiyi üçün müqaviləni yenidən uzatmaqdan imtina edib. Bundan başqa, Moskva dəfələrlə vurğulayır ki, ən kasıb əyalətlərə tədarük edilməli olan taxılın əsas hissəsi Qərb ölkələrinə göndərilib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ancaq müqavilənin Moskva qarşısında öhdəlikləri ilə bağlı hissəsi yerinə yetirildikdən sonra Moskva sazişi bərpa etməyə hazırdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB