Meksikada qazıntı zamanı 8 cəsəd tapılıb

Meksikada qazıntı zamanı 8 cəsəd tapılıb

Meksikanın şimal-şərqində aparılan qazıntılar nəticəsində çuxurda 8 cəsədin tapıldığı bildirilib. SİA xəbər verir ki, Meksika KİV-lərinin məlumatına görə, qazıntı Tamaulipas ştatının Reynosa şəhərinin ərazisində aparılıb.

Səlahiyyətlilər tapılan cəsədlərdən 3-nün tanınmaz halda olduğunu bildirib və onlardan 5-nin bu yaxınlarda öldüyünü təxmin ediblər.

Meyitlər müəyyən olunmaq üçün Məhkəmə Tibb Mərkəzinə aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə