Bazar ertəsi Misirin paytaxtı Qahirə şəhərində yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 12-yə çatıb. SİA xəbər verir ki, bu barədə Misirin Səda Əl-Balad telekanalı təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, dağıntılar altından üç uşağın meyiti çıxarılıb. Daha əvvəl 8 nəfərin öldüyü bildirilirdi.
Hadisə paytaxtın şimal hissəsində yerləşən Hadaiq əl-Kobba bölgəsində baş verib. Hadisə yerinə xilasedicilər cəlb olunub və dağıntıları təmizlənməsi davam edir. Yaralılar yerli xəstəxanaya çatdırılıb.
Baş Prokurorluğun məlumatına görə, binanın çökməsi ilə bağlı 3 nəfər saxlanılıb. Onların arasında binanın birinci mərtəbəsinin sahibi də var. İlkin araşdırmaya görə ki, qəzaya səbəb evin birinci mərtəbəsindəki əsas divarlardan birinin uçması olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB