Türk lirəsi rekord həddə ucuzlaşdı - FOTO

Türk lirəsi rekord həddə ucuzlaşdı - FOTO

Türkiyə valyutası taxıl müqaviləsi ətrafında yaranmış vəziyyət fonunda dollar və avro qarşısında dəyər itirməyə başlayıb və bazar ertəsi tarixi minimumunu yeniləyib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ticarət məlumatlarına görə, sessiya ərzində türk lirəsi 1 dollar üçün 26,37 lirə həddinə çatıb.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Mərkəzi Bankı əsas uçot dərəcəsini 8,5%-dən 15%-ə qaldırıb, daha sərt pul siyasəti yürüdəcəyini vəd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə