"Yeni Gömrük İttifaqının daha effektiv nəticələri olacaq"

"Yeni Gömrük İttifaqının daha effektiv nəticələri olacaq"

Vitse-prezident Cevdet Yılmaz Yeni Gömrük İttifaqının daha effektiv və əhatəli iqtisadi əməkdaşlığı gündəmə gətirəcəyini söyləyib.

SİA-nın əldə etdiyi məlumata görə, özəl televiziya kanallarından birində gündəmi dəyərləndirən və sualları cavablandıran Yılmaz prezident Rəcəb Tayyib Ərdoğanın Körfəz ölkələrinə səfəri əvvəlində keçən həftə xəzinə və maliyyə naziri Mehmet Şimşəklə bu ölkələrə etdiyi səfərlərdən danışıb.

Yılmaz Türkiyənin bu səfərlərdən investisiyalar baxımından əhəmiyyətli qazanclar əldə edəcəyinə inandığını ifadə edərək, enerjidən müdafiə sənayesinə, turizmdən infrastruktur layihələrinə qədər bir çox sahədə əməkdaşlıq imkanlarının olduğunu bildirib.

Prezident Ərdoğanın Körfəz ölkələrinə səfərinin bəzi konkret nəticələr ortaya qoyacağını ifadə edən Yılmaz deyib:

"Qarşıdakı dövrdə bunun bəhrəsini alacağıq. Türkiyəyə daha çox kapital axınının olacağını rahatlıqla ifadə edə bilərəm".

C.Yılmaz Gömrük İttifaqının yenilənməsi və Avropa İttifaqı ilə münasibətlərdə viza liberallaşdırılması mövzularında daha intensiv iş sərgilənəcəyini bildirib və deyib:

"Mövcud Gömrük İttifaqı yalnız sənaye sahəsini əhatə edir. Yeni Gömrük İttifaqı xidmət sektoru, dövlət satınalmaları, eləcə də sənaye kimi geniş spektri əhatə edəcək və daha səmərəli və əhatəli iqtisadi əməkdaşlığı gündəmə gətirəcək. Bu, hər iki tərəfin xeyrinədir”.

Türkiyenin hər zaman sərmayədar dostu ölkə olduğunu vurğulayan Yılmaz Türkiyeyə gələn sərmayədarların heç vaxt itirmədiyini, Türkiyənin hər zaman öhdəliklərinə sadiq qalan və yaxşı investisiya mühiti yaratmağa çalışan bir ölkə olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə