...Bu arada Ukraynanın Baş Kəşfiyyat İdarəsi rus əsgərinin anası ilə söhbətinə müdaxilə edərək, həmən söhbəti lentə alıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, həmən lent yazısında rus əsgəri səfərbər olunanlara qarşı pis münasibətdən şikayətlənir.
Onlarla cəbhəyə gətirilən “məhkum”dan da pis davranıldığını, 6 aydan sonra əgər dustaqlar gedəcəyi təqdirdə cəbhədə qalacaqlarını bildirir.
Maraqlıdır ki, vəziyyətin ağırlığından gileylənən rus əsgəri Putinin səfərbər olanlarla bağlı çıxışını gözlədiyini bildirib. Şar Rusiyasındakı kimi əsarətə düşdüyünü deyən əsgər, elə bil anasından ümid diləyir.
Ananın bunun nə ilə əlaqəli olduğunu soruşduqda, rus əsgəri belə bir ölkədə yaşadıqlarını, müharibəyə gəlməmişdən əvvəl günün çoxunu televizora baxmaqla keçirdiklərini əsas kimi göstərir.
Putinin əsas qüvvələri Moskvada saxladığını deyən rus əsgəri, bunu ölkə başçısının yaxınlaşmaqda olan vətəndaş müharibəsindən doğan qorxusu ilə əlaqələndirir.
“...Doğrudur, bu mənim şəxsi fikrimdir. İndi təkcə mənim üçün çətin deyil və əgər Putinin seçkilərini görmək üçün yaşasam, onlara gedəcəyəm. Gedəcəm, amma Putinə qarşı səs verəcəm”.
Bunu da rusiyalı hərbçi anası ilə danışarkən əlavə edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB