Putin, “əlbəttə, Rusiyadan cavab olacaq” deyir

Putin, “əlbəttə, Rusiyadan cavab olacaq” deyir

Rusiya prezidenti Vladimir Putin Krım körpüsündə törədilən terror aktı ilə bağlı görüşün sonunda, buna görə məsuliyyətin “Kiyev rejimi”nin daşıdığını bildirib. O, həmçinin “əlbəttə, Rusiyadan cavab olacaqğını” da gizlətməyib.

Dövlət başçısı qeyd edib ki, hazırda Müdafiə Nazirliyi müvafiq təkliflər hazırlayır.

Putinin sözlərinə görə, bu, “hərbi baxımdan mənasız, heç bir əhəmiyyəti olmayan” cinayətdir. O əlavə edib ki, Krım körpüsü uzun müddətdir ki, hərbi nəqliyyat üçün istifadə edilmir.

SİA-nın əldə etdiyi məlumata görə, görüş zamanı prezident bu obyektin təhlükəsizliyinin yaxşılaşdırılması üçün konkret təkliflər gözlədiyini də bildirib.

Putin xatırladıb ki, bu, Krım körpüsündə ikinci terror aktıdır. Onun sözlərinə görə, artıq Federal Təhlükəsizlik Xidmətinə, İstintaq Komitəsinə və bir sıra digər idarələrə insidentin ətraflı araşdırılması tapşırılıb.

Xatırladaq ki, ötən gecə Krım hakimiyyəti Krım körpüsünün 145-ci dayağı ərazisində “fövqəladə vəziyyət” və körpüdə, eləcə də bərə keçidində hərəkətin dayandırılması barədə məlumat vermişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə