Tanınmamış Dnestryanı bölgədə Dnestryanı Kommunist Partiyası və Müxalifət Qüvvələr Birliyinin lideri Oleq Xorjan ölü tapılıb. Tanınmamış respublikanın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, meyiti açıq və boş seyfin yanında Xorjanın həyat yoldaşı tapıb.
SİA-nın əldə etdiyi məlumata görə, şöbə zorakı ölüm əlamətlərinin mövcudluğuna işarə edib.
Beləliklə, Xorjanın partiya yoldaşı, siyasətçinin Tiraspol yaxınlığındakı ev ofisində çoxsaylı bıçaq xəsarətləri ilə ölü tapıldığını bildirib. Moldova polisi Xorjanın Suclea kəndindəki öz evində “vurularaq öldürülmüş vəziyyətdə” tapıldığını bəyan edib.
Rusiya Federasiyası Kommunist Partiyasının rəhbəri Gennadi Züqanov, Oleq Xorjanən ölümü ilə bağlı dərhal istintaqa başlanılmasını və məsələnin həllini tələb edib.
Qeyd edək ki, 47 yaşlı Oleq Xorjan 2003-cü ildən Dnestryanı Kommunist Partiyasına rəhbərlik edirdi. Region hakimiyyətini “kuklaçılıqda” günahlandıran Xorjan, Rusiyanın Dnestryanıda siyasi və iqtisadi mövcudluğunun artırılmasını tələb edirdi.
Xatırladaq ki, 2018-ci ildə dövlət məmurunu təhqir etmək və zorakılıqda ittiham olunan “kommunist”, 4 il yarım müddətinə azadlıqdan məhrum edilmiş və ötən ilin dekabrında azadlığa buraxılmışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB