Kataniya hava limanı iyulun 19-dək bağlandı

Kataniya hava limanı iyulun 19-dək bağlandı

İtaliyanın Kataniya şəhərindəki Vinçenzo Bellini Beynəlxalq Hava Limanının fəaliyyəti baş verən yanğınla əlaqədar iyulun 19-dək dayandırılıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, İtaliya media orqanlarının yaydığı məlumata əsasən, dünən gecə radələrində Kataniya hava limanında naməlum səbəbdən yanğın baş verib.Yanğın yanğınsöndürənlərin müdaxiləsi nəticəsində söndürülüb.

Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

Kataniya hava limanının ''Twitter'' səhifəsində edilən paylaşımda hava limanının fəaliyyətinin iyulun 19-u yerli vaxtla saat 14.00-a qədər dayandırıldığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə