Ursula fon der Leyen Rusiyanın bu qərarını qınadı

Ursula fon der Leyen Rusiyanın bu qərarını qınadı

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Rusiyanın Qara Dəniz Taxıl Dəhlizi Təşəbbüsünü başa çatdırmasını şiddətlə qınadıqlarını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Ursula fon der Leyen mövzu ilə bağlı verdiyi açıqlamada deyib:

“Birləşmiş Millətlər Təşkilatı və Türkiyenin səylərinə baxmayaraq, Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsünü başa çatdırmaq üçün atdığı addımı qətiyyətlə pisləyirəm”.

Avropa İttifaqı Komissiyasının sədri Aİ-nin çətin vəziyyətdə olanlar ilə əlaqədar ərzaq təhlükəsizliyini təmin etmək üçün çalışdığını və ərzaq məhsullarının Aİ-nin daha əvvəl yaradılan quru yolu vasitəsilə Ukraynadan daşınmağa davam edəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə