Ukrayna hakimiyyəti Belarusla sərhədi gücləndirib.
Bununla bağlı onlar hətta yolların dağıdılmasına da getməli olublar.
SİA bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin rəhbəri Andrey Demçenkonun dediklərinə istinadən məlumat yayıb.
Ukrayna rəsmisinin sözlərinə görə, işlər Volından Çerniqov vilayətinə qədər gedir.
Qeyd edək ki, Ukraynanın Belarusla sərhədi min kilometrdən artıqdır və hazırda maksimum dərəcədə möhkəmləndirilib. Demçenko bildirib ki, sərhədin müdafiəsinin gücləndirilməsi işi Ukrayna sərhədçiləri tərəfindən mütəmadi olaraq həyata keçirilir.
Yuxarıda da qeyd etdiyimiz kimi, Ukrayna Dövlət Sərhəd Xidməti mövcud yolları qəsdən dağıdır və sərhədi möhkəmləndirmək üçün mühəndis istehkamları, eləcə də blokadalar yaradır.
Bundan başqa, Demçenkonun sözlərinə görə, Belarusla sərhəddə hasarlar tikilir.
Qeyd edək ki, bir müddət bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski, Belarusdan Ukraynaya hücum təhlükəsi olmadığını bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB