Azov dənizinə düşən “Su-25” hücum təyyarəsinin pilotu dünyasını dəyişib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Krasnodar diyarının Yeysk rayonunun rəhbəri Roman Bublik bildirib.
“Yeisk rayonunun sakinləri adından təlim uçuşu zamanı qəzaya uğrayan “Su-25” hücum təyyarəsinin yaxınlarına başsağlığı verirəm”.
Qeyd edək ki, Bublik bunu rəsmi Teleqram kanalında yazıb.
Xatırladaq ki, “Su-25” hücum təyyarəsi bazar ertəsi, iyulun 17-də Krasnodar diyarının Şerbinovski rayonunda sahil yaxınlığında dənizə düşüb.
Qeyd edək ki, təyyarənin keçirdiyi qəzanı uzaqdan müşahidə edən mülki əhali arasında itkinin olmadığı deyilir.
Pilot katapult etməyi bacarsa da, amma o huşsuz vəziyyətdə tapılaraq reanimasiyaya çatdırılıb.
Yeri gəlmişkən, “Su-25” hücum təyyarəsinin Krasnodar diyarında dənizə düşməsinin ilkin səbəblərindən biri kimi, mühərrikin nasazlığı göstərilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB