Xersonda Krıma gedən quru dəhlizi üçün təhlükəsizlik gücləndirilir

Xersonda Krıma gedən quru dəhlizi üçün təhlükəsizlik gücləndirilir

Xerson bölgəsindəki quru dəhlizi turistlərin Krıma və geriyə hərəkət etmələri üçün əlavə hava hücumundan müdafiə vasitələri ilə qorunacaq,

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə regionun rəhbəri vəzifəsini icra edən Vladimir Saldo məlumat verib.

Onun dediyinə görə, təhlükəsizliyi Rusiya Federasiyası Silahlı Qüvvələri təmin edəcək.

“...Hava hücumundan müdafiə sistemlərinin sayı və Kiyev rejiminin axmaqlığı halında lazım olan hər şey artırılacaq”. Saldo bunu federal kanallardan birinin efirində bildirib.

Xatırladaq ki, iyulun 17-də səhər tezdən Krımın rəhbəri Sergey Aksyonov körpüdə fövqəladə vəziyyət elan edib. Onun sözlərinə görə, 145-ci dayaq ərazisində dağıntılar olub, buna görə körpüdə nəqliyyatın hərəkəti tamamilə bağlanıb. Yerli sakinlərdən və turistlərdən hadisə baş verən əraziyə yaxınlaşmamaları xahiş olunub.

Hadisə nəticəsində evli cütlüyün dünyasını dəyişdiyi də məlum olub. Onlarla birlikdə qızları da maşında olsa da, amma o, sağ qalıb. Hazırda onunla psixoloq və həkimlər işləyir.

Bu gün turistlərə Krıma çatmaq üçün alternativ yollar seçmək və ya əksinə, onu tərk etmək tövsiyə olunur.

Bu arada DXR rəhbərinin səlahiyyətlərini icra edən Denis Puşilin, rəhbəri olduğu regionda quru dəhlizi Krımla birləşdirən səyahətin gecə-gündüz davam edəcəyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə