London Rusiyanın mədəniyyət və təhsil nazirlərinə sanksiyalar tətbiq etdi

London Rusiyanın mədəniyyət və təhsil nazirlərinə sanksiyalar tətbiq etdi

Böyük Britaniya Rusiya fərdlərinə və şirkətlərinə qarşı sanksiyaların yeni siyahısını dərc edib.

SİA-nın əldə etdiyi məlumata görə, buraya teleaparıcı Anton Krasovski, siyasi strateq Timofey Sergeytsev, Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova, təhsil naziri Sergey Kravtsov, eləcə də Ukraynanın Moskvanın nəzarətində olan vilayətlərində çalışanlar da daxil olmaqla bir sıra regional rəsmilər daxildir.

Qeyd edək ki, sanksiya siyahısına ilhaq edilmiş Krımdakı “Artek” uşaq mərkəzi də daxildir. “Artek”, bir çox regional məmurlar kimi, London da ukraynalı uşaqların məcburi deportasiyasında və “ruslaşdırılmasında” əli olduğunu hesab edilir.

Böyük Britaniya Anton Krasovski və Timofey Sergeytsevi Ukrayna xalqının soyqırımı ilə bağlı çağırışlara görə məsuliyyətli hesab edir. Onu da qeyd edək ki, onlar Ukraynada qiyabi olaraq 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Yeri gəlmişkən RİA Novosti saytında “Rusiya Ukrayna ilə nə etməlidir” məqaləsi ilə çıxış edən Timofey Sergeytsev, nə qədər maraqlı da olsa, “tarixi Kiçik Rusiya və Novorossiya ərazilərinin əhalisinin Ukraynadan təmizlənməsinə” çağırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə