Almaniya Rusiyaya çağırış etdi

Almaniya Rusiyaya çağırış etdi

Almaniya Rusiyanı Ukrayna ilə "Taxıl Sazişi" müqaviləsinin müddətini uzatmağa çağırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hökumət sözçüsünün müavini Kristian Hofman Berlində verdiyi açıqlamada Rusiyanın "Taxıl Sazişi"ni uzatmasını və mövcud münaqişəni yoxsul insanların hesabına idarə etməməsini istədiklərini bildirib.

Hoffmann vurğulayıb ki, bu cür razılaşmalar qısamüddətli dövrlə məhdudlaşmamalı və Ukraynaya uzunmüddətli perspektivdə taxıl ixracına icazə verilməlidir. Almaniyanın ərzaq və kənd təsərrüfatı naziri Cem Özdemir bunları deyib: "Aclığın silah olaraq istifadəsinə son qoyulmalıdır. Rusiya Prezidenti Vladimir Putinin dəhşətli müharibəsi üçün bu dünyanın ən yoxsulları girov götürülür".

Fermerlər Birliyi, müqavilənin dayandırılmasından sonra hələlik Almaniya və Avropa bazarlarında heç bir darboğaz görmədiklərini də açıqlayəb. Alman mediasına danışan Birlik rəsmisi Udo Hemmerlinq deyib: “Taxıllar, yağlı toxumlar və gübrələr uzun müddət kəsilsə, qlobal kənd təsərrüfatı ticarətində hələ də tədarük darboğazları və qiymət artımları ola bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə