Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Rusiyanın Qara dəniz taxıl dəhlizi sazişini ləğv etməsini şiddətlə qınadıqlarını bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Leyen mövzu ilə bağlı verdiyi açıqlamada bunları deyib: "BMT və Türkiyənin səylərinə baxmayaraq, Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsünü sona çatdırma hərəkətini şiddətlə qınayıram".
Aİ Komissiyasının sədri Aİ-nin dünyada çətin vəziyyətə düşənlər üçün ərzaq təhlükəsizliyini təmin etmək üçün çalışdığını və ərzaq məhsullarının AB-nin əvvəllər qurduğu quru əlaqələri vasitəsilə Ukraynadan daşınmasının davam etdiriləcəyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB