Misirin paytaxtı Qahirədə binanın çökməsi nəticəsində 9 nəfər ölüb, 4 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Misirdə çıxan "Əl-Əhram" qəzetinin xəbərinə görə, Qahirənin şimalındakı Hadaik əl-Kubbe bölgəsində 4 mərtəbəli binanın çökdüyü xəbərini alan mülki müdafiə qrupları axtarış-xilasetmə işləri üçün hadisə yerinə gəliblər.
Mülki müdafiə qrupları indiyədək 9 nəfərin meyitini binanın dağıntıları altından çıxara bilib, 4 nəfər isə yaralanıb. Dağıntılar altında axtarış-xilasetmə işləri davam edir. İsgəndəriyyə şəhərində iyunun 26-da və iyulun 6-da iki bina çöküb, bir nəfərin öldüyü və yaralandığı çökmələrlə bağlı araşdırma başladılıb. Misirin şimalındakı Rəşid şəhərində ötən gün binanın çökməsi nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb. Misirdə binaların çökməsi çox vaxt qaydalara əməl edilməməsi və ya zədələnmiş binaların evakuasiya edilməməsi nəticəsində baş verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB