Kanadada 10 milyon hektar ərazi külə döndü

Kanadada 10 milyon hektar ərazi külə döndü

Kanadada meşə yanğınları öz təsirini artırdıqca, ölənlərin sayı da getdikcə artır. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kanada Təşkilatlararası Meşə Yanğınları Mərkəzi ölkə daxilində 580-i nəzarətdən çıxmış 883 aktiv yanğınla mübarizə aparıldığını, 10 milyon hektar ərazinin külə çevrildiyini açıqlayıb. Bu gün daha 15 yanğının baş verdiyi bildirilir.

Ölkədə meşə yanğınları ilə mübarizə aparılarkən ölənlərin sayı 2-yə yüksəlib. Qeyd olunub ki, Britaniya Kolumbiyası bölgəsinin Revelstoke qəsəbəsində yanğınları söndürmək üçün mübarizə aparan yanğınsöndürən yaralanaraq xəstəxanaya aparılsa da, bütün səylərə baxmayaraq xilas etmək mümkün olmayıb.

Yanğınsöndürənlərin kimliyi hələlik açıqlanmayıb. Fort Liard bölgəsində daha bir yanğınsöndürənin öldüyü açıqlanıb. Kanadanın baş naziri Castin Trüdo yanğınsöndürənin həyatını itirməsindən kədərləndiyini bildirib və ailəsinə başsağlığı verib. Kanadanın Britaniya Kolumbiyası əyalətində 19 yaşlı yanğınsöndürən yanğınlara müdaxilə edərkən ölüb.

Kanadada geniş bir ərazidə təsirli olan meşə yanğınları ABŞ-da da havanın çirklənməsinə səbəb olub. ABŞ-ın 11 əyalətində hava çirkliliyinin artdığı bildirilərkən, Montanadan Nyu-Yorka qədər təxminən 60 milyon insanın hava çirkliliyinə məruz qaldığı və görmə qabiliyyətinin azaldığı açıqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə