"Səfərdən qayıdan kimi Putinlə görüşəcəm" - ƏRDOĞAN

"Səfərdən qayıdan kimi Putinlə görüşəcəm" - ƏRDOĞAN

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfəri öncəsi Atatürk Hava Limanında jurnalistlərə açıqlama verib. SİA "Haber Global"a istinadən xəbər verir ki, Ərdoğan Rusiyanın Taxıl Dəhlizi ilə bağlı açıqlamasında bunları deyib: "Rusiya prezidenti Vladimir Putinin bu humanitar körpünün davam etməsini istədiyinə inanıram. Səfərimdən qayıdan kimi cənab Putinlə görüşəcəyəm".

BOTAŞ-ın satışı ilə bağlı iddialara gəlincə Ərdoğan qeyd edib: “Belə bir şey yoxdur”.

Türkiyə Prezidenti Suriya ilə bağlı da danışıb: "Bizim Suriya ilə qapını bağlayacaq vəziyyətimiz yoxdur. Qapı açıqdır. Dördlü zirvələrlə bağlı ikimiz də bu zirvələri keçirməliyik amma Bəşərlə görüş nöqtəsində bağlı deyilik".

Ərdoğan əlavə edib ki, ölkəsi bu il biz həm Qətər, həm də BƏƏ ilə diplomatik münasibətlərimizin qurulmasının 50 illiyini qeyd edir: "Səudiyyə Ərəbistanı ilə də diplomatik əlaqələr 1959-cu ildə qurulub. Biz əlaqələri geniş əməkdaşlığa yaymaq niyyətindəyik. Bizim prioritetimiz birgə investisiya və kommersiya fəaliyyətləri olacaq. Körfəz ölkələri ilə ikitərəfli ticarət həcmimiz son 20 ildə təxminən 22 milyard dollara yüksəlib. Biz bu rəqəmi daha da irəli aparmağın yollarını axtaracağıq. Səudiyyə Ərəbistanı ticarət, investisiyalar və müqavilə xidmətlərində xüsusi mövqeyə malikdir. Podratçılarımızın layihələrinin ümumi dəyəri təxminən 25 milyard dollardır. Biz istərdik ki, Türkiyə şirkətləri Səudiyyə Ərəbistanının böyük layihələrində daha çox rol oynasınlar".

Bütün xəbərlər Facebook səhifəmizdə