ABŞ-ın Florida ştatından göy qurşağı ilanı görənləri təəccübləndirib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünyanın ən gözəl ilanı sayılan bu növün gözəlliyi ilana yaxınlaşdıqca görünür.
Nadir hallarda görülən bu sürünənlər zəhərsiz və itaətkardırlar. Onları adətən çayların sahillərində və təmiz, dayaz sularda görmək olar. Bataqlıqlarda nadir hallarda rast gəlinir.
Arxadan və yanlardan keçən 3 nazik qırmızı zolaq günəş işığında parlaq mavi görünür. Bədənlərinin aşağı hissəsi sarı və çəhrayı rəngdədir. Onların çənəsi və boğazı da əsasən sarı rəngdədir. Bu növ ümumiyyətlə gecə aktivdir. Onlar öz qidalarını ilan balığı yeyərək alırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB