Hatayda meşə yanğınları davam edir

Hatayda meşə yanğınları davam edir

Türkiyənin Hatay şəhərinin Belen rayonunda dünən başlayan meşə yanğınına Fövqəladə Hallar Nazirliyinin xüsusi qrupunun vertolyotla müdaxiləsi davam edir. SİA-nın "Haber Global"a istinadən verdiyi məlumata görə, meşə sahəsində yanğına müdaxilə gecə boyu davam edib.

Qeyd edək ki, Armutçuk məhəlləsində 2 nəfərin bağçasındakı qamışlığı təmizləmək üçün yandırdığı yanğın meşəyə keçib, yanğında 7 ev və 4 avtomobil yanıb. Yanğına səbəb olan iki nəfər həbs edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə