ABŞ-da istilərin kəskin artması ilə yüksək temperatur qeydə alınıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Milli Hava Xidməti dünən ölkənin 38 şəhərində yüksək temperaturun olduğunu açıqlayıb.
Ötən gün Las-Veqasda 47,2 dərəcə ilə rekord temperatur oldu halda, Kaliforniyanın Ölüm Vadisində temperatur 53,9 dərəcəyə çatıb. ABŞ-ın cənub-qərb ştatı Arizonada 17 gün ərzində temperatur 43 dərəcədən aşağı düşməyib.
Səlahiyyətli şəxslər həssas insanların, o cümlədən uşaqlar, hamilə qadınlar və qocaların ciddi risk altında olduğuna dair xəbərdarlıq edərək, istidən narahatlıq ola biləcəyini qeyd edibər. Ölkə üzrə səyyar klinikalar üçüncü dərəcəli günəş yanığından əziyyət çəkən evsiz insanları müalicə edib, Kaliforniya və Nevada ştatlarının bəzi yerlərində ictimai binalar insanların istidən qoruna biləcəyi “soyutma mərkəzləri”nə çevrilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB