Rusiya-Ukrayna müharibəsi səbəbindən ərzaq böhranı riskini aradan qaldırmaq üçün yaradılmış taxıl dəhlizi ilə 33 milyon tona yaxın taxıl daşınıb. SİA "Haber Global"a istinadən xəbər verir ki, Dəhlizdən keçən taxılın 40%-i Avropaya, 30%-i Asiyaya, 13%-i Türkiyəyə, 12%-i Afrikaya, 5%-i Yaxın Şərqə daşınıb.
Ötən ilin iyulunda Türkiyənin Rusiya-Ukrayna müharibəsi ilə bağlı yaranan ərzaq böhranının həlli istiqamətində diplomatik səyləri ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə koordinasiya əsasında İstanbulda “Birgə Koordinasiya Mərkəzi” yaradılıb. Taxıl məhsullarının təhlükəsiz daşınması buradan izlənilməyə başlanıb.
1 avqust 2022-ci ildə 120 günü əhatə edən müqavilə çərçivəsində taxılla yüklənmiş ilk gəmi Ukraynanın Odessa limanından yola düşüb. Razılaşma çərçivəsində Ukrayna limanlarını tərk edən ilk gəmi olan Sierra Leone bayraqlı quru yük gəmisi "Razoni" 26 min ton qarğıdalı ilə Livanın Tripoli limanına yola düşüb. Razonidən 4 gün sonra Panama bayraqlı “Navistar” İrlandiyaya, Malta bayraqlı Rojen İtaliyaya, Türkiyə bayraqlı “Polarnet” Odessa və Çernomorsk limanlarından Türkiyəyə 60 min ton taxıl daşımaq üçün yola düşüb. Bunlardan sonra "Mustafa Necati", "Star Helena", "Glory", "Riva Wind", "Sacura", "Arizona", "Ocean Lion", "Rahmi Yağcı", "Sormovskiy 121" adlı gəmilər üzməyə başlayıb. Gəmilərin çoxu Türkiyənin Tekirdağ, İskenderun və İzmir kimi limanlarına çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB