Rusiya Krım körpüsünə hücumda Ukraynanı günahlandırır

Rusiya Krım körpüsünə hücumda Ukraynanı günahlandırır

Bu gün səhər tezdən Krım körpüsündə fövqəladə hadisə nəticəsində bir cütlük ölüb, qızları yaralanıb. SİA TASS agentliyinə istinadən xəbər verir ki, Qubernator Sergey Aksyonov bildirib ki, körpüdən keçən nəqliyyatın hərəkəti dayandırılıb. Rusiya İstintaq Komitəsi bildirib ki, hücumu Ukrayna xüsusi xidmət orqanları həyata keçirib.

"İstintaq məlumatlarına görə, iyulun 17-nə keçən gecə Ukrayna xüsusi xidmət orqanlarının törətdiyi terror aktı nəticəsində Krım körpüsünün bölmələrindən biri zədələnib. Körpüdən avtomobillə keçən iki mülki şəxs - bir kişi və bir qadın - həlak olub, onların azyaşlı qızı xəsarət alıb”, - məlumatda deyilir.

"İstintaq qrupu bu cinayətin planlaşdırılmasında və törədilməsində iştirak edən Ukrayna xüsusi xidmət orqanları və silahlı birləşmələrində olan şəxslərin şəxsiyyətini müəyyənləşdirir", - İstintaq Komitəsi bildirib.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə