Rumıniyada qatarla minik avtomobili toqquşub - ölənlər var

Rumıniyada qatarla minik avtomobili toqquşub - ölənlər var

Bazar günü Rumıniyanın Orben kəndində (Bakeu vilayəti) sərnişin qatarı ilə minik avtomobilinin toqquşması nəticəsində ikisi yeniyetmə olmaqla, dörd nəfər ölüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Suçava - Buxarest marşrutu üzrə hərəkət edən sərnişin qatarı avtomatik siqnalizasiya ilə təchiz olunmuş keçiddə minik avtomobili ilə toqquşub. Maşında olanların hamısı həlak olub.

Bildirilir ki, ərazidə dəmir yolu hərəkəti dayandırılıb. Polis qəzanın səbəblərini araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə