Çexiyanın cənub diyarı Pisek şəhəri yaxınlığında baş verən yanğın təxminən 40 hektar meşə sahəsini əhatə edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, yanğınla mübarizə zamanı 5 xilasedici xəsarət alıb, lakin onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.
Yanğının söndürülməsinə 3 helikopter cəlb olunub. Yanğının səbəbi və dəymiş ziyanın həcmi hələ məlum deyil.
Həmçinin yanğınsöndürənlər Karlovı Varı vilayətinin Sokolov şəhəri yaxınlığındakı meşədə baş vermiş yanğınları söndürürlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB