NATO-nun Vilnüsdə keçirilən sammiti nəticəsində Ukraynanın Şimali Atlantika Alyansına üzvlük məsələsi həll olunub.
SİA-nın əldə etdiyi məlumata görə, belə bir bəyanatla iyulun 16-da CBS telekanalına müsahibəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan çıxış edib
Hərbi-siyasi blokun iyulda Litvada keçirilən sammitindən sonra Ukraynanın NATO-ya üzvlüyü məsələsi həll olunub və müzakirə mövzusu deyil.
Qeyd etdiyimiz kimi, Ceyk Sallivan bildirib bunu.
“...Biz NATO-ya çox sadə şəkildə bəyan etdik: Ukraynanın gələcəyi NATO-dadır. Bizim nəzərdə tutduğumuz da məhz bu idi. Bu, danışıqlar mövzusu deyil. Artıq 31 müttəfiqin hamısı buna sadiqdir”-deyən Sallivan daha sonra Qərb və Ukraynanın Rusiyanı zəiflətmək üçün mümkün olan hər şeyi etməyə davam edəcəyini də bildirib.
“...Ukraynalılar Rusiya qüvvələrinə böyük ziyan vururlar. Qərb Rusiyanın hərbi-sənaye bazasını məhv etməklə, onun qabaqcıl texnologiyalar istehsal etmək imkanlarını zəiflədərək sanksiyalarımızı daha da sərtləşdirməyə çalışır. Ukrayna lazım olduğu müddətdə ehtiyacı olan dəstəyə sahib olacaq və bu, NATO sammitinin mesajıdır”.
Bunları deyən Ağ Ev nümayəndəsi bütün NATO üzvlərinin bu məsələdə həmrəy olduqlarını da diqqətə çatdırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB