Gürcü kinoçəkənlər Sakaşvilinin onlardan “aldığını” indi geri istəyirlər

Gürcü kinoçəkənlər Sakaşvilinin onlardan “aldığını” indi geri istəyirlər

...Bu arada bir qrup gürcü kinematoqrafçıları Tbilisinin Marcanişvili küçəsindəki əvvəllər “Rakurs” studiyasına məxsus olan binanın dövlət mülkiyyətindən şəxsi mülkiyyətə qaytarılması xahişi ilə respublika hökumətinə müraciət ediblər.

Onlar bildirirlər ki, bina hələ 2011-ci ildə, eks-prezident Mixail Sakaşvili ölkədə hakimiyyətə nəzarət edən zaman Gürcüstan qanunlarını pozaraq milliləşdirilib.

De-fakto reyder tərəfindən ələ keçirildikdən sonra bina əvvəlcə Tbilisi İnkişaf Fonduna, sonra isə Milli Dövlət Əmlak Agentliyinə məxsus olub.

“...Bizim idi. Qanunsuz alınıb, indi dövlətdən xahiş edirik ki, bizə qaytarsın. Bu qədər ildən sonra özümüz tikdiyimiz binanı qaytara bilmirik. Həqiqətən də dəyərli iş yaradılıb”.

SİA-nın əldə etdiyi məlumata görə, bunu gürcü rejissor David Tsintsadze bildirib.

Qeyd edək ki, gürcü kinematoqrafçılarının müraciətində alternativ təklif də var: əgər hansısa səbəbdən bina Dövlət Əmlakı üzrə Milli Agentliyin mülkiyyətindən çıxarıla bilmirsə, bu halda “Rakurs” studiyasının rejissor və yaradıcı heyətinə başqa bina verilsin.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə