...Keçmiş prezident Donald Tramp Ağ Evin hazırkı rəhbəri Cozef Baydenin işinin effektivliyinə şübhə ilə yanaşdığını bildirib. Onun fikrincə, Amerika lideri ölkədəki vəziyyətə nəzarət etmir, yəni ölkəni idarə etməyə hazır deyil.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS “Fox News” telekanalına istinadən xəbər verir.
Tramp Baydeni digər oturan prezidentlərlə müqayisə edib. O, buna misal olaraq Fransa lideri Emmanuel Makron və Rusiya dövlət başçısı Vladimir Putini göstərib.
“Bizim nə baş verdiyindən xəbəri olmayan bir insanımız var” deyən Tramp Amerika administrasiyasının rəhbərini “səriştəsiz insan” adlandırıb.
Siyasətçi, həmçinin ABŞ-ın hazırda “tarixinin ən təhlükəli dövrünü” yaşadığını bildirib.
O, belə bir məqamda prezident kürsüsündə olmamasından təəssüfləndiyini də vurğulayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB