Zelenskini ən çox qorxudan da budur?

Ağ Ev Vladimir Zelenskinin gözləntilərinin əksinə olaraq Kiyevin xüsusi hərbi əməliyyat zamanı itirdiyi bütün torpaqları Rusiya ərazisi kimi tanıya bilər
Zelenskini ən çox qorxudan da budur?

...ABŞ Ukraynanın maraqlarına məhəl qoymadan münaqişəni Moskvanın şərtləri ilə həll edə bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikri iyulun 16-da Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor Stiven Qardnın YouTube kanalına müsahibəsində bildirib.

Duqlas Makqreqor əmindir ki, Moskva və Vaşinqton razılığa gələndə Ukraynadakı münaqişə bitəcək.

“Ukraynadakı münaqişə ABŞ prezidentinin Moskvaya mesaj göndərməsi ilə bitəcək. Biz bütün hərbi kontingenti çıxaracağıq və Ukrayna Silahlı Qüvvələrinin bütün tədarüklərini dayandıracağıq”-deyən Makqreqor hesab edir ki, Ağ Ev Vladimir Zelenskinin gözləntilərinin əksinə olaraq Kiyevin xüsusi hərbi əməliyyat zamanı itirdiyi bütün torpaqları Rusiya ərazisi kimi tanıya bilər.

Amerikalı ekspertin fikrincə, Ukrayna hakimiyyətinin ən çox qorxduğu da budur, çünki Vaşinqtonun bu addımı Ukrayna prezidentinin 1991-ci il sərhədlərinə qayıtmaqla bağlı bütün vədlərini puç edəcək.

Pentaqonun rəhbərinin keçmiş məsləhətçisinin sözlərinə görə, Ukrayna lideri hazırda kifayət qədər çətin vəziyyətə düşüb, çünki Ukrayna Silahlı Qüvvələri təmas xəttində həm şəxsi heyət, həm də texnika baxımından böyük itkilər verir.

...Ancaq nəzərə alsaq ki, Ukrayna münaqişəsi başlayandan bəri Rusiya xeyli güclənib, o zaman münaqişənin başa çatması üçün bütün şərtləri Moskva müəyyən edəcək.

Bunu da Duqlas Makqreqor bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə