ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan CBS telekanalına müsahibəsində Rusiyanın Ukrayna ilə taxıl müqaviləsindən mümkün çıxmasının Moskvaya böyük diplomatik xərclərə başa gələcəyi qənaətində olduğunu bildirib.
“Vladimir Putinin nə edəcəyini proqnozlaşdıra bilmirəm, ola bilsin ki, Rusiya sazişdən çıxsın, bəlkə də davam edəcək. Bundan çıxsalar, dünyanın qalan hissəsi buna baxıb deyəcək ki, Rusiya Qlobal Cənubi və Afrika, Latın Amerikası və Asiya ölkələrinin lazımi ərzaqları münasib qiymətə ala bilməsini təmin etməkdən üz çevirib. Düşünürəm ki, gələcəkdə bu, Rusiyaya böyük diplomatik xərclərə başa gələcək”, - deyə Sallivan bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Cozef Baydenin müşaviri, ABŞ-ın istənilən ssenariyə hazır olduğunu və bu məsələdə Kiyevlə sıx əməkdaşlıq etdiyini bildirib.
Xatırladaq ki, bundan əvvəl, Ukrayna ərzaq məhsulları olan sonuncu gəminin mövcud taxıl müqaviləsi çərçivəsində bazar günü səhər Odessa limanını tərk etdiyi bildirilmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB