Ukrayna Krımı azad etdikdən sonra yarımadanın rus işğalçıları ilə əməkdaşlıq etmiş 10 minə yaxın sakinini məsuliyyətə cəlb edə bilər.
Amma işğalın “qurbanı” hesab edilənlər cəzalandırmayacaq.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna prezidentinin Krım Muxtar Respublikasındakı daimi nümayəndəsi Tamila Taşeva “Newsweek” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, yarımada rus qoşunları tərəfindən tutulduqdan sonra, müxtəlif hesablamalara görə, bu ərazilərə Rusiya Federasiyasının 500-800 min sakini gətirilib.
Buna görə də, qanunsuz daxil olan bütün ruslar "məcburi qovulmağa" məruz qalacaqlar.
Taşeva qeyd edib ki, kampaniyanın miqyası işğaldan azad edilmənin necə görünməsindən və rusların necə getməsindən asılı olacaq.
...Mən güman edirəm ki, Ukrayna Silahlı Qüvvələri gələnə qədər gəlmələr Krımı tərk edəcəklər. Bundan əlavə, 2014-cü ildə və ya daha sonra mövqelərini dəyişənlər isə ədalət qarşısında cavab verəcəklər. Təbii ki, onlar bunu başa düşüblər deyə, çox güman ki, gizlənməyə cəhd edəcəklər.
Bunu deyən Taşeva daha sonra əlavə edib ki, Ukrayna artıq Krımda müxtəlif departament və Ukrayna vətəndaşları ilə əlaqə saxlayır. Onlara yarımadanı tərk etməyi eləcə də ruslarla əməkdaşlıq etməməyə çağırır.
“...Ukrayna vətəndaşı olanlar üçün 2014-cü ildən könüllü və ya təzyiq altında Rusiya vətəndaşlığını almasından asılı olmayaraq, bizim tərəfimizdən qəbul ediləcək. Burada söhbət deportasiyadan yox, “məcburi qovulmadan” gedir, bu, yalnız ilhaqdan sonra ölkəyə qeyri-qanuni köçmüş Ukrayna vətəndaşı olmayanlara şamil ediləcək.
Təbii ki, kütləvi deportasiyalar olmayacaq, lakin biz məsələni ayrı-ayrılıqda həll edəcəyik”, – Taşeva deyib bunu.
“...Amma siz qalıb rusların törətdiyi qeyri-qanuni işğalda və hərbi cinayətlərdə iştirak etsəniz, məsuliyyət daşıyacaqsınız. Bu, asan proses olmayacaq, ona görə də biz artıq gələcək proseslər, o cümlədən keçmiş cinayətlərin lüstrasiyası da daxil olmaqla hüquqi baza hazırlayırıq, İşğal idarələri ilə əməkdaşlıq etmiş məmurlar, Ukrayna vətəndaşları, onlara ən azı bir neçə il dövlət və ya rəsmi vəzifələrdə işləmək qadağan ediləcək. Çoxları məsuliyyətə cəlb olunacaq, lakin bu, milyonlarla, hətta yüz minlərlə olmayacaq. bəlkə 10 min ola bilər”.
Bunu da Taşeva bildirib və əlavə edib ki, “...əfv məsələsinə gəlincə, müharibənin "isti mərhələsi" davam etdiyi bir vaxtda bunu ətraflı və ciddi müzakirə etmək olmaz. İnsanlarımız hər gün öldürülür, şəhərlərimiz atəşə tutulur - indi bunun vaxtı və yeri deyil”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB