Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi fonunda təcavüzkarın Müdafiə Nazirliyi Ukraynaya qarşı işğalçılıq müharibəsi zamanı nə qədər rus əsgərinin həlak olduğunu hər cür şəkildə gizlədir.
Meduza-nın məlumatına görə, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan Ukrayna Silahlı Qüvvələrinin cəbhədə əks-hücumunun başladığı 2023-cü ilin may ayının sonuna qədər, ümumilikdə Rusiya tərəfində ölənlərin sayı 47 min nəfər olub.
SİA-nın əldə etdiyi məlumata görə, hesablama üçün miras hallarının reyestrindən və Rosstat-ın ölümlə bağlı rəsmi məlumatlarından istifadə edildiyi deyilir.
“Mümkün qədər dəqiq desək, 95 faiz ehtimalla, ölənlərin sayı 40-55 min nəfər arasındadır. Ağır yaralananlar və artıq orduya yararsızlar da daxil olmaqla, Rusiya Federasiyası Silahlı Qüvvələrinin bərpası mümkün olmayan itkilərinin ümumi sayı ən azı 125 min nəfər ola bilər”.
Qeyd edək ki, ruslar sonuncu dəfə 2022-ci ilin sentyabrında itkilər barədə məlumat vermişdi və o zaman cəbhədə altı mindən az rus hərbçisinin həlak olduğu bildirilmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB