Ukrayna əsgərləri rus işğalçılarının mövqelərinə mütəmadi zərbələr endirməklə rusların artilleriya və hava hücumundan müdafiə sistemlərini məhv ediblər.
SİA xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bazar günü axşam, iyulun 16-da yaydığı hesabata görə, düşmən da gün ərzində 6 raket zərbəsi və 38 hava zərbəsi endirib.
Bundan əlavə, ruslar Ukrayna qoşunlarının mövqe və yaşayış məntəqələrinə çoxsaylı reaktiv sistemlərindən 30-a yaxın hücum həyata keçiriblər. Rusiyanın zərbələri nəticəsində mülki şəxslər xəsarət alıb, yaşayış binaları, kommunal və inzibati binalar, həmçinin şəxsi avtomobillər zədələnib.
...Eyni zamanda, gün ərzində Ukrayna aviasiyası Rusiya hərbçilərinin cəmləşdiyi ərazilərə, onların silah və hərbi texnikasına 15 zərbə endirib. Zərbələrdən biri düşmənin zenit-raket kompleksinə tuşlanıb.
Bundan əlavə, gün ərzində düşmənin canlı qüvvəsi, silah və hərbi texnikasının toplandığı əraziyə raket və artilleriya bölmələri zərbələr endirib.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB