Banqladeşdə denge qızdırması ilə xəstəxanalara müraciətlər artır

Banqladeşdə denge qızdırması ilə xəstəxanalara müraciətlər artır

İyulun birinci yarısında Banqladeşdə 11 mindən çox adam denge qızdırmasına görə xəstəxanaya yerləşdirilib.

SİA-nın əldə etdiyi məlumata görə, faktı ölkənin Səhiyyə Xidmətləri Baş Müdirliyinin (DGHS) məlumatları sübut edir.

DGHS-in statistikasına görə, ölkədə bu gün 1 623 yeni yoluxma və 7 ölüm faktı ilə yanvar ayından bəri ən yüksək göstərici qeydə alınıb. Ölkədə yoluxanların ümumi sayı 19 454-ə, ölənlərin sayı isə 100-ə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə