Kazan polisi 200-ə yaxın adamı saxlayıb

Kazan polisi 200-ə yaxın adamı saxlayıb

Rusiya Superkubokunun "Zenit" Sankt-Peterburq - Moskva ÇSKA matçı günü Kazanda 196 azarkeş saxlanılıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Tatarıstan üzrə mətbuat xidməti yayıb.

Nazirliyin məlumatına görə, ötən gün ictimai asayişi 2,6 mindən çox polis təmin edib. Qeyd olunur ki, müxtəlif hüquqpozmalara görə 196 azarkeş Kazanın polis şöbələrinə gətirilib, 156 inzibati protokol tərtib edilib.

Belə ki, məhkəmələr tərəfindən 59 nəfər barəsində inzibati həbs, 27 nəfər barəsində inzibati cərimə tətbiq edilib.

Qeyd edək ki, Super Kuboku penaltilər seriyasında “Zenit” qazanıb.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə