Hindistanın Bihar ştatında ildırım 22 nəfərin ölümünə səbəb olub

Hindistanın Bihar ştatında ildırım 22 nəfərin ölümünə səbəb olub

Hindistanın şərqindəki Bihar ştatında ildırım vurması nəticəsində ən azı 22 nəfər həlak olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ildırım çaxması ilə müşayiət olunan leysan yağışları və tufan ştatın bəzi ərazilərində daha şiddətli olub.

Hindistan Meteorologiya Departamenti yaxın günlərdə Biharın şərq bölgələrində güclü yağış yağacağını proqnozlaşdırır. Departament insanları yağış zamanı çölə çıxmamağa çağırıb.

Qeyd edək ki, 2022-ci ildə Hindistanda ildırım vurması nəticəsində 907 nəfər həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə