Avropanın meteoroloji xidmətləri yaxın bir neçə gün ərzində Avropanın cənub hissəsində yüksək temperatur rekordları barədə xəbərdarlıq edib.
Qeyd edək ki, artıq bir müddətdir ki, İspaniya, İtaliya və Yunanıstanda həddindən artıq isti hava davam edir. Mütəxəssislər kənd təsərrüfatına dəyən ziyan və digər problemlərdən danışırlar.
İspaniyanın Atlantik okeanındakı Kanar arxipelaqına daxil olan Palma adasında meşə yanğını səbəbindən 4 minə yaxın insan təxliyə edilib.
İtaliyanın meteoroloji xidməti bu həftənin əvvəlində temperaturun 45 dərəcədən çox olacağı barədə xəbərdarlıq edib. Xidmətin mesajında qeyd olunur ki, bir sıra bölgələrdə uzun müddətdir mövcud olan istilik maksimumları döyüləcək.
Xatırladaq ki, Avropada ən yüksək temperatur 48,8 dərəcə ilə 2021-ci ildə Siciliyada qeydə alınıb.
Və bu rəqəmin yaxın günlərdə, ilk növbədə Sardiniyada təkrar oluna biləcəyi deyilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB