Ukraynadakı vəziyyət müzakirə ediləcək

Ukraynadakı vəziyyət müzakirə ediləcək

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və Baş Assambleyası Ukraynadakı vəziyyətlə bağlı iclas keçirəcək.

SİA-nın əldə etdiyi məlumata görə, iyulun 17-də BMT Təhlükəsizlik Şurası “Ukraynada sülh və təhlükəsizliyin qorunması” mövzusunda nazirlər səviyyəsində iclas keçirəcək.

Həmçinin iyulun 18-də Baş Assambleyanın “Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində vəziyyət” mövzusunda açıq müzakirəsi keçiriləcək.

Hər iki iclasda müxtəlif ölkələrdən bir sıra rəsmi şəxslərlə yanaşı, Ukrayna nümayəndə heyətinin də iştirak edəcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə