Estoniyanın hərbi inkişaf planı

2027-ci ilədək sursat alınmasına 1,2 milyard avrodan çox vəsait ayrılacaq
Estoniyanın hərbi inkişaf planı

Növbəti dörd il ərzində Estoniyanın alacağı sursatın dəyəri 1,2 milyard avrodan çox olacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bununla bağlı Estoniya Müdafiə Nazirliyi məlumat yayıb.

“Hava hücumundan müdafiə sisteminin inkişafı üçün orta mənzilli raket kompleksi, hava təhdidlərini dəf etmək üçün döyüş sursatları alınacaq, manevr bölmələrinin mexanikləşdirilməsinə başlanacaq”, - məlumatda deyilir.

Müdafiə naziri Hanno Pevkur sursatın alınmasının 2024-cü ildən 2027-ci ilədək hərbi inkişaf planı çərçivəsində həyata keçiriləcəyini təsdiqləyib. "Biz müdafiə xərclərini ümumi daxili məhsulun 3 faizinə qədər artırmaqla hərbi sahəyə önəmli sərmayə yatıra bilərik", - nazir açıqlamasında bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə