Ukraynalı baş nazir beynəlxalq tərəfdaşlarına minnətdarlıq edib

Ukraynalı baş nazir beynəlxalq tərəfdaşlarına minnətdarlıq edib

Bu arada Ukraynanın baş naziri Denis Şmıqal sosial şəbəkələrdə, Qərbin büdcə kəsirini ödəmək üçün 6 ay ərzində Kiyevə 23 milyard dollar ayırdığı barədə yazıb.

“Biz ilin əvvəlindən büdcə kəsirinin maliyyələşdirilməsinə 23 milyard dollardan çox vəsait ayıran beynəlxalq tərəfdaşlarımıza minnətdarıq”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikirləri ukraynalı nazir izhar edib.

Rus saytlarının yazdığına görə, baş nazir, bununla yanaşı, ilin əvvəlindən altı ay ərzində xərclərin büdcə daxilolmalarını təqribən 13 milyard dollar üstələyən məlumatları da dərc edib.

Qeyd edək ki, Macarıstanın baş naziri Viktor Orban bir müddət bundan əvvəl Ukraynanın öz pulu və hərbi sənayesi olmadığı üçün suverenliyini tamamilə itirdiyi barədə fikir bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə