Mövcud taxıl müqaviləsi çərçivəsində bazar günü səhər Odessa limanından Ukrayna ərzaq məhsulları olan sonuncu gəmi çıxıb.
SİA-nın əldə etdiyi məlumata görə,bu məsələ ilə bağlı etibarlılıq müddəti iyulun 17-də başa çatır. Belə ki, Rusiya iyunun sonunda taxıl ixracı üçün icazələrin verilməsini dayandırıb.
Beləliklə, Türkiyənin “Samsan” yük gəmisi İstanbula doğru yola düşüb. Bu, taxıl ixracı üçün təsdiq edilmiş sonuncu gəmidir.
Onu da qeyd edək ki, Rusiyanın blokladığı Qara dəniz limanlarından ərzaq ixracı ilə bağlı taxıl müqaviləsi Türkiyə və BMT-nin yardımı ilə ötən ilin iyulunda bağlanıb.
Müqavilənin müddəti bir neçə dəfə uzadılıb. Bu sonuncu dəfə mayın 17-də olub. Rusiya taxıl müqaviləsi zamanı Rusiya gübrələri ilə bir gəminin də göndərilmədiyinə diqqət çəkib. Bundan əlavə, Moskva "Rosselxozbank"ı SWIFT banklararası ödəniş sisteminə qoşmaqda israr edirdi.
Yeri gəlmişkən son zamanlar BMT və Türkiyənin taxıl sazişinin uzadılması üzərində işlədiyi barədə məlumatlar yayılıb. Rusiya hakimiyyəti danışıqları təsdiqləyib, lakin yekun qərar hələlik məlum deyil. Kreml Moskvanın müqaviləni dayandırmasına icazə verib. Ankara və BMT isə Rusiyanı sazişin müddətini uzatmağa çağırır, çünki onun dayandırılması qlobal ərzaq bazarında qeyri-sabit vəziyyətə gətirib çıxaracaq və yoxsul ölkələrdə aclığa səbəb olacaq.
Xatırladaq ki, Kiyev Moskvanı İstanbuldakı mərkəzdə yüklərin rəsmiləşdirilməsi prosedurunu qəsdən gecikdirməkdə ittiham edir. Bundan əlavə, Ukrayna tərəfi hesab edir ki, Rusiya Taman limanına qədər ammonyak boru kəmərinin tikintisini başa çatdırması və taxılını İran vasitəsilə ixrac etmək üçün yeni marşrutlar hazırlaması da daxil olmaqla, sazişdən çıxacaq.
Sonda bildirək ki, Ukrayna Dunay boyunca və qurudan alternativ ərzaq ixracı marşrutları hazırlasa da, lakin onlar dəniz yolunu tam kompensasiya edə bilmirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB