"Heç kim bu millətə əsarət gətirə bilməyəcək"

"Heç kim bu millətə əsarət gətirə bilməyəcək"

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun 15 İyul – Türkiyə Demokratiya və Milli Birlik Gününün 7-ci ildönümü münasibətilə hazırlanan videonu paylaşıb.

SİA-nın əldə etdiyi məlumata görə, Altun sosial media hesabında etdiyi paylaşımda "Heç kim bu millətə əsarət gətirə bilməyəcək. Meydanları müqavimət meydanına çevirib, 15 iyul çevriliş cəhdini darmadağın edənlərə, sarsılmaz iman və inamla terrorçuları bir-bir təslim edənlərə salam olsun" ifadələrdən istifadə edib.

Türkiyə Prezidenti Administrasiyası tərəfindən hazırlanan videoçarxda “Türkiye əsrinin qəhramanları” himni səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə